...

Ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə iddia qaldırılıb

Cəmiyyət Materials 8 Fevral 2017 12:20 (UTC +04:00)
Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə iddia qaldırılıb

Bakı. Trend:

16-31 yanvar tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 152 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 39 iş üzrə 46700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 11990,1 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 583 iş üzrə 47494,34 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 39, icra qurumlarına 32, məhkəmələrə isə 1 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti