...

Baş nazirin müavini: Azərbaycanda dərman qıtlığı ilə bağlı kritik durum yoxdur

Cəmiyyət Materials 8 Fevral 2017 13:49 (UTC +04:00)
Azərbaycanda dərman qıtlığı ilə bağlı kritik durum yoxdur.
Baş nazirin müavini: Azərbaycanda dərman qıtlığı ilə bağlı kritik durum yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dərman qıtlığı ilə bağlı kritik durum yoxdur. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib: "Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir. Dərman Azərbaycana əsasən idxal olunur. Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlamağı istəyirik. O vaxta qədər hesablamalı olacağıq ki, bazara nə qədər dərman vasitələri idxal olunsun. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahitdə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna resaksyia verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".

Baş nazirin müavini bildirib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi ilə əlaqədar lazımi tədbirlər görülür:

"Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən bir daha hansı dərman çatışmırsa, həmin məsələlərlə məşğul olmağa başlayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti