...

Evlənmək istəyən 1000-ə yaxın şəxsdə sifilis, 166 nəfərdə QİÇS aşkarlanıb

Cəmiyyət Materials 9 Fevral 2017 16:17 (UTC +04:00)
Bu ilin yanvar ayının sonuna qədər Azərbaycanda nikaha daxil olmaq istəyən 238509 nəfər icbari tibbi müayinədən keçib.
Evlənmək istəyən 1000-ə yaxın şəxsdə sifilis, 166 nəfərdə QİÇS aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar ayının sonuna qədər Azərbaycanda nikaha daxil olmaq istəyən 238509 nəfər icbari tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, əksər cütlüklərin sağlamlıq durumu qənaətbəxş olub.

Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinə və məsləhətlər pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti