...

Əmzikdən istifadə çənədə problemlər yaradır - Həkimdən analara xəbərdarlıq

Cəmiyyət Materials 10 Fevral 2017 12:50 (UTC +04:00)
Uşaqlarda süd düşlərinin vaxtında müalicə edilməməsi, vaxtından əvvəl çəkilməsi, əmzik və barmaq sorma onlarda stomatoloji problemlərin yaranmasına - diş və çənənin quruluşunun dəyişməsinə təsir göstərir.
Əmzikdən istifadə çənədə problemlər yaradır - Həkimdən analara xəbərdarlıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaqlarda süd düşlərinin vaxtında müalicə edilməməsi, vaxtından əvvəl çəkilməsi, əmzik və barmaq sorma onlarda stomatoloji problemlərin yaranmasına - diş və çənənin quruluşunun dəyişməsinə təsir göstərir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, uşaqlarda stomatolji problemlərin yaranmasına bəzən valideynlərin məlumatsızlığı səbəb olur: "Valideydnlər çox zaman uşaqlarına əmzik, şirniyyat, vitaminlər, xüsusilə kalsium verirlər. Lakin bu özü də uşaqlarda problemlərin yaranmasına səbəb olur. Uşaqlara qanda kalsiumun miqdarı analizlə müəyyən edildikdən sonra ona kalsium verilməlidir. Valideynlərə məsləhət edərdim ki, əmzikdən də istifadə etməsinlər. Çünki bu, üz-çənə nahiyəsində problemlərin yaranmasına gətirib çıxarır".

B.Əliyev deyib ki, hər bir xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır.

Onun sözlərinə görə, üzdə aşkarlanan problemlər vaxtında aşkarlanarsa, onu aradan qaldırmaq olar.

Həkim qeyd edib ki, çənə quruluşunda ön və üst çənənin qabağa olması 10 yaşadək daha tez aradan qaldırılır: "Yaşı 10-dan yuxarı olan uşaqlara daimi aparat qoyulur. Müalicənin effektivliyi həm də uşağın aparatı düzgün istifadə etməsindən, həkimə vaxtında gedilmədən də asılıdır".

B.Əliyev deyib ki, çənə anomaliyalarının uşaqlara irsi keçmə ehtimalı var: "Amma onun qarşısını vaxtında almaq olar. Bu, vaxtında edilmədikdə cərrahiyyə əməliyyatına ehtiyac olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti