...

Sabah qar yağacaq

Cəmiyyət Materials 12 Fevral 2017 12:29 (UTC +04:00)
Fevralın 13-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir
Sabah qar yağacaq

Bakı. Trend:

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında həmçinin arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti