...

Çinin ali məktəblərində təhsil almaq üçün yeni imkan

Cəmiyyət Materials 13 Fevral 2017 12:32 (UTC +04:00)
2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.
Çinin ali məktəblərində təhsil almaq üçün yeni imkan

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Trend-in məlumatına görə, təhsil alma “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i çərçivəsində həyata keçirilir.

Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır.

Sazişə uyğun olaraq hazırda 37 nəfər azərbaycanlı tələbə “Beynəlxalq əlaqələr”, “Beynəlxalq iqtisadiyyat və ticarət”, “Turizm”, “Mülki və ticarət hüququ”, “Politologiya və dövlət idarəçiliyi”, “Yeni və ən yeni çin ədəbiyyatı”, “Kommunikasiya və informasiya sistemləri”, “Neft və təbii qaz mühəndisliyi”, “Maşınqayırma mühəndisliyi”, “Beynəlxalq maliyyə və investisiya” və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır.

Saziş çərçivəsində indiyədək 107 nəfər Azərbaycan vətəndaşı Çinin yüksək reytinqli ali məktəblərində təhsil alıb.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini martın 10-dək təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti