...

Bakıda ilk: Marşrut xəttinin istismara verilməsi ilə bağlı müsabiqə elan edildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 13 Fevral 2017 16:15 (UTC +04:00)
BNA 125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara çıxarılması ilə bağlı müsabiqə elan edir.
Bakıda ilk: Marşrut xəttinin istismara verilməsi ilə bağlı müsabiqə elan edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhərində ilk dəfə olaraq müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara verilməsi ilə bağlı müsabiqə elan edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, müsabiqəyə çıxarılan 125 nömrəli marşrut xətti metronun "28 May" stansiyası - "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini birləşdirəcək. Xəttin ümumi uzunluğu 35.5 km, xətt üzrə dayanacaq sayı isə 36 ədəd müəyyən olunub.

Vətəndaşlardan daxil olan müraciətləri, sərnişinlərin rahatlığını, təhlükəsizliyinin təmin edilməsi və bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə metronun "28 May" stansiyası - "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi və müsabiqəyə çıxarılması məqsədəuyğun hesab olunub.

Müsabiqənin keçirilmə şərtləri və qaydaları ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməklə ətraflı məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti