...

Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın inşası üzrə konsorsiumun ofisinə hücum olub

Cəmiyyət Materials 14 Fevral 2017 16:06 (UTC +04:00)
Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi ilə məşğul olan konsorsiumun İtaliyada ofisinə hücum olub.
Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın inşası üzrə konsorsiumun ofisinə hücum olub

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi ilə məşğul olan konsorsiumun İtaliyada ofisinə hücum olub.

Trend-in məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

Naməlum şəxslərdən ibarət qrup İtaliyanın Melendunyo şəhərində yerləşən TAP ofisinin binasına iki “Molotov kokteyli” atıblar, nəticədə yanğın baş verib.

Məlumata görə, binanın divarları zədələnib. Hazırda polis küçədə yerləşdirilmiş videokameralardakı görüntülər vasitəsilə araşdırmalara başlayıb.

Hadisə ilə bağlı TAP-ın İtaliya üzrə meneceri Mişel Eliya bildirib ki, bu layihə İtaliya üçün strateji əhəmiyyətlidir və ötən gün baş vermiş insident TAP çərçivəsində işlərin gedişinə təsir etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti