...

"Azəriqaz": Bakıda qaz sızması olub, qaz verilişi yaxın saatlarda bərpa olunacaq (ÖZƏL)

Cəmiyyət Materials 16 Fevral 2017 15:32 (UTC +04:00)
Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişi yaxın saatlarda bərpa olunacaq.
"Azəriqaz": Bakıda qaz sızması olub, qaz verilişi yaxın saatlarda bərpa olunacaq (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişi yaxın saatlarda bərpa olunacaq.

Bu sözləri eksklüziv olaraq Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, qaz verilişi qaz borularının birində baş vermiş sızma səbəbi ilə məhdudlaşdırılıb. “Problemin aradan qaldırılması üçün Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişini məhdudlaşdırmalı olmuşuq. Qaz verilişi işlərin başa çatmasında sonra bərpa olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti