...

Lerikdə qar uçqunu nəticəsində bağlanan yol təmizlənir (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 12:38 (UTC +04:00)
Cənub bölgəsinə yağan güclü qar nəticəsində baş vermiş qar uçqununun fəsadları aradan qaldırılır.
Lerikdə qar uçqunu nəticəsində bağlanan yol təmizlənir (FOTO)

Bakı. Samir Əli - Trend:

Cənub bölgəsinə yağan güclü qar nəticəsində baş vermiş qar uçqununun fəsadları aradan qaldırılır.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, "Azəravtoyol" ASC-nin əməkdaşları və xüsusi texnikaları əraziyə cəlb edilib, qar uçqunu nəticəsində bağlanmış yolların təmizlənilməsinə başlanılıb:

"Hazırda əraziyə "Azəravtoyol" ASC-nin “52 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və texnikaları gətirilib və təmizlənmə işləri davam edir. Qar örtən yolların bir qismi artıq təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti