...

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub (VİDEO/FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 12:49 (UTC +04:00)
Qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azəravtoyol” ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub (VİDEO/FOTO)

Bakı. Trend:

Qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azəravtoyol” ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

Qurumdan Trend-ə verilən məlumata görə, “Azəravtoyol” ASC-nin əməkdaşları gecədən başlayaraq, Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq, qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Cəmiyyət tərəfindən aparılan qabalayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.

“Azəravtoyol” ASC-nin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəb olublar. Texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti