...

Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 17 Fevral 2017 15:32 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərində Göyçay və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Ucar şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 153 ) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əzim Rəfiyev
Mob: (050) 470-68-00
Telefon: (020) 21-3-05-78
e-mail:[email protected]
www.scwra.gov.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti