...

Ağsu dolaylarında hərəkət bərpa olundu (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 15:37 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.
Ağsu dolaylarında hərəkət bərpa olundu  (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin “16 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.

Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti