...

Qadınlar arasında batut gimnastikası üzrə finalçıların adları məlum oldu

Cəmiyyət Materials 18 Fevral 2017 18:17 (UTC +04:00)
Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışlarında qadınlar arasında batut gimnastikası üzrə finalçıların adı bəlli olub.
Qadınlar arasında batut gimnastikası üzrə finalçıların adları məlum oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışlarında qadınlar arasında batut gimnastikası üzrə finalçıların adı bəlli olub.

Trend-in məlumatına görə, final rmərhələsinə Rusiya nümayəndələri Yana Pavlova və Süzana Koçesok, belaruslu ifmançılar Anna Qorçenok və Tatyana Petrenko, yaponiyalı gimnastlar Çisato Doihata və Rana Nakano və fransalı batutçular Lea Lyabrus və Marin Jurber vəsiqə qazanıblar.

Azərbaycanlı gimnastlar Svetlana Makştarova və Veronika Zemlyanaya müvafiq olaraq 48,155 və 91,880 xal yığıb və finaldan kənarda qalıblar.

Qeyd edək ki, 15 ölkədən paytaxtımıza təşrif buyurmuş 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti