...

Azərbaycan batutçuları: "Gümüş medal məşqçimizə hədiyyədir"

Cəmiyyət Materials 19 Fevral 2017 16:20 (UTC +04:00)
"Gümüş medal məşqçimizə hədiyyədir"
Azərbaycan batutçuları: "Gümüş medal məşqçimizə hədiyyədir"

Bakı. Ənvər Məmmədov - Trend:

"Gümüş medal məşqçimizə hədiyyədir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan batutçuları Svetlana Makştarova və Veronika Zemlyanaya deyib.

Gimnastlar qeyd ediblər ki, medal qazanacaqlarına ümid edirdilər, lakin belə yüksək nəticə göstərəcəklərini düşünmürdülər:

"Nəticələr açıqlananda qarışıq hisslər keçirdik - həm göz yaşları, həm də sevinc. Ötən gün elə də uğurlu çıxış etmədik, lakin məşqçimiz sağ olsun ki, bizi dəstəklədi. O, bu gün bizdən çox həyəcan keçirdi. Medalımız məşqçimizə hədiyyədir".

Onlar bu nəticədən sonra arxayınlaşmayacaqlarını bildiriblər:

"Düz bir aydan sonra Niderlandda turnirdə iştirak edəcəyik. Bir neçə gün istirahət edəcəyik, sonra məşqlərə davam edəcəyik".

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti