...

Folklor İnstitutundan hər 4 çərşənbənin Novruzla əlaqəsinə dair maraqlı AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 21 Fevral 2017 08:00 (UTC +04:00)
Qeyd edilən 4 çərşənbənin hər birinin Novruz bayramı ilə əlaqəsi var.
Folklor İnstitutundan hər 4 çərşənbənin Novruzla əlaqəsinə dair maraqlı AÇIQLAMA (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Qeyd edilən 4 çərşənbənin hər birinin Novruz bayramı ilə əlaqəsi var.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

A.Əhmədli bəzi alimlərin çərşənbələrin türk mədəniyyətindən uzaq olması ilə bağlı fikirlərini əsassız hesab edir: “Əgər hansısa alim çərşənbələrlə 4 ünsürün əlaqəsini görə bilmirsə, bu, onun öz günahıdır. Bizim yanaşmalara görə, Novruzda dünyanın yaranması bayram edilir. Novruz dünyanın təzələnməsi, bəşəriyyətin yaranması deməkdir. Dünyanın və insanın yaranmasında isə 4 ünsür birgə iştirak edir. Bu 4 ünsür olmadan nə insan, nə də dünya var. Ona görə də Novruz bayramında il təzələndiyindən, yeni il gəldiyindən insan öz yaranışını bayram edir”.

Novruzu kainatın bayramı sayan A.Əhmədli hesab edir ki, bu məsələyə qlobal baxımdan yanaşmaq lazımdır.

Alim əlavə edib ki, dövlət tərəfindən çərşənbələrin "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib: "Ancaq bəzi bölgələrdə bu sıralama fərqli şəkildə olur. Bölgələrin bəzilərində ilk çərşənbə "Su", bəzilərində "Od"dur. Çərşənbələrin keçirilməsində fərqliliyi yaradan əsas amil ölkəmizin sırf coğrafi şəraiti ilə bağlıdır. Təbii-coğrafi amillər bütün bölgələrdə eyni deyil. Elə dağlıq yer var ki, orada Günəşin istiliyi ilk çərşənbədə hiss edilmir, Aran rayonlarında isə suların oyanması daha tez müşahidə edilir. İqlim tiplərinin bu müxtəlifliyi çərşənbələrin fərqli ardıcıllıqla keçirilməsinə səbəb olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti