...

Ötən il üzrə erkən nikahla bağlı 17 fakt - Gəncədə 10 fakt

Cəmiyyət Materials 20 Fevral 2017 21:10 (UTC +04:00)
Ötən il Azərbaycanda orta məktəblərdə və uşaq müəssisələrində olan uşaqlara qarşı 8 cinayət faktı törədilib.
Ötən il üzrə erkən nikahla bağlı 17 fakt - Gəncədə 10 fakt

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda orta məktəblərdə və uşaq müəssisələrində olan uşaqlara qarşı 8 cinayət faktı törədilib.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

Uşaqlara qarşı törədilən cinayətlərin müxtəlif xaraketli olduğunu deyən R.Süleymanzadə bildirib ki, 2016-cı ildə uşaqlar arasında 32 intihar hadisəsi də qeydə alınıb.

Onun sözlərinə görə, bundan başqa, ötən il erkən nikahla bağlı 17 fakt qeydə alınıb. Erkən nikahlarla bağlı Gəncədə 10 fakt, Qubada 5, Cəlilabad və Cəbrayılın hər birində 1 fakt qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti