...

Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb

Cəmiyyət Materials 22 Fevral 2017 08:18 (UTC +04:00)
Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb
Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.

Onun sözlərinə görə, həmin cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib.

Komitə rəsmisinin sözlərinə görə, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb.

2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.

R.Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub.

Keçən il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti