...

Azərbaycanda bu uşaqların sayı açıqlandı

Cəmiyyət Materials 21 Fevral 2017 13:24 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb.
Azərbaycanda bu uşaqların sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə Trend-ə bildirib ki, ötən il 25 küçə uşağı aşkarlanıb.

2016-cı ildə avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib.

R.Süleymanzadə əlavə edib ki, keçən il yol nəqliyyat hadisəsi nəticəsində ölən azyaşlıların sayı 53 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti