...

Çingiz Abdullayev: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır

Cəmiyyət Materials 21 Fevral 2017 18:13 (UTC +04:00)
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı üçün çox işlər görür.
Çingiz Abdullayev: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı üçün çox işlər görür.

Bunu Trend-ə Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayev Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını şərh edərkən deyib.

O deyib: “Hamıya məlumdur ki, Mehriban xanım Azərbaycan mədəniyyəti üçün necə böyük işlər görür. Hesab edirəm ki, bu təyinat Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır. Mən onu təbrik edirəm və bu çətin vəzifədə uğurlar arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti