...

Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək - SƏBƏB?

Cəmiyyət Materials 23 Fevral 2017 15:07 (UTC +04:00)
Fevralın 26-da Bakı Metropoliteninin "Xətai" stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.
Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti