...

Bakı Metropoliteni təhlükəsizliklə bağlı videoçarx təqdim etdi (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Fevral 2017 15:27 (UTC +04:00)
Bakı Metropoliteninin fəaliyyətinin 50 illiyi ilə bağlı videoçarx hazırlanıb.
Bakı Metropoliteni təhlükəsizliklə bağlı videoçarx təqdim etdi  (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin fəaliyyətinin 50 illiyi ilə bağlı videoçarx hazırlanıb.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

"Həyatınız bizim üçün dəyərlidir" adlı videoçarxda metronun fəaliyyətə başladığı tarix və bu vaxta qədər sərnişinlərin təhlükəsizliyi üçün görülmüş tədbirlərdən bəhs edilir.

N.Paşayev bildirib ki, videoçarxda həmçinin sərnişinlərin metrodan istifadə qaydaları da təqdim edilib: "Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Ona görə də həmin qaydaları bilmək vacibdir. Videoçarxda da həmin qaydalar izah edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti