...

Cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2017 20:28 (UTC +04:00)
Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə imzaladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti maarifləndirici tədbir fevralın 22-də Penitensiar xidmətin 9 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib.

“Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkədəki tolerantlıq ənənələri və multikultural dəyərlər barədə məlumat verib. Ölkədəki dini durumla bağlı fikirlərini bölüşüb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov dini radikalizmin yaranmasının səbəbləri və təzahür formaları barədə məlumat verib. Radikalizmə qarşı mübarizə metodologiyası ilə bağlı mülahizələrini diqqətə çatdırıb.

Mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti