...

Mahnı Teatrında Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2017 11:14 (UTC +04:00)
Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Mahnı Teatrında Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Rəşdi Behbudov adına Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı soyqırımında həlak olan günahsız insanların xatirəsi bir dəqiqəlik sukutla yad edilib, himn səslənib.

Millət vəkilləri, ictimai-siyasi xadimlər, icra nümayəndələrinin iştirak etdiyi tədbirdə Kino Xidməti İdarəsinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti