...

"Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" konfransından bəhs edən kitab işıq üzü görüb

Cəmiyyət Materials 27 Fevral 2017 13:44 (UTC +04:00)
Ötən ilin 8-10 noyabr tarixlərində Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransdan bəhs edən kitab nəşr edilib.
"Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" konfransından bəhs edən kitab işıq üzü görüb

Bakı. Trend:

Ötən ilin 8-10 noyabr tarixlərində Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransdan bəhs edən kitab nəşr edilib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində təşkil olunub. Konfransın əsas məqsədi dinlərarası dialoqun gücləndirilməsi, eləcə də müxtəlif din mənsublarının, fərqli xalqların nümayəndələrinin bir arada sülh içində yaşadıqları Azərbaycan nümunəsini İspaniya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Eyni zamanda, “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın məqsədi bu dialoq vasitəsilə ümumi şüur və problemlərin birgə həllinin tapılması idi.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

“Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı nəşrin girişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İspaniya Kralı Əlahəzrət VI Felipenin multikulturalizm və birgəyaşayış ənənələri barədə fikirləri yer alıb.

Nəşrdə beynəlxalq konfransda Azərbaycanı təmsil edən şəxslər haqqında məlumat, Azərbaycan nümayəndə heyətinin İspaniya Senatında, İspaniyanın Təhsil, mədəniyyət və idman nazirliyində görüşü, Madriddə keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edən natiqlərin çıxışları, onlar haqqında məlumat, noyabrın 10-da Mursiya Katolik Universitetində təşkil edilən konfrans, keçirilən görüşlər və fotoşəkillər yer alıb.
Qeyd edək ki, nəşr beynəlxalq konfransın təşkilatçılarından biri olan “Evsen” Şirkətlər qrupu tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti