...

Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırına həsr olunmuş anım tədbiri keçirilib

Cəmiyyət Materials 27 Fevral 2017 17:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Beynəlxalq Muğam Mərkəzinnin təşkilatçılığı ilə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırına həsr olunmuş anım tədbiri keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Beynəlxalq Muğam Mərkəzinnin təşkilatçılığı ilə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə hökumət rəsmiləri, mədəniyyət xadimlərin, ictimaiyyət nümayəndələri, gənclər təşkilatları və həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan qrant almış fiziki şəxslər iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək qeyd edib ki, bu hadisədən 25 il ötməsinə baxmayaraq Xocalı faciəsi yaddaşlarda daha da möhkəmlənib.

F.Hacıyevbu qanlı tarixin dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin dünyada tanınması istiqamətində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində mühüm tədbirlərin keçirildiyini qeyd edib.

Anım tədbirində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Matəm” odası, Vasif Adgözəlovun “Qərənfil” romansı, Fikrət Əmirovun “Nizami” simfoniyasının final hissəsi, və tanınmış Alman bəstəkarı İohann Sebastian Baxın “Aria”sı səsləndirilib.

Xəbər lenti

Xəbər lenti