...

“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2017 17:44 (UTC +04:00)
IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirib.
“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirib.

Birlikdən Trend-ə verilən məlumata görə, görüş IDEA İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın gəncin iştirakı ilə baş tutub.

Klubun bu dəfəki mövzusu inşaat tullantılarının təkraristifadəsi və təkrar emalı mövzusuna həsr olunub. Gənclər ətraf mühitin mühafizəsi naminə təbiət resurslarından qənaətlə istifadə və tullantıların idarə edilməsi ilə bağlı geniş müzakirələr aparmış, tullantıların azaldılması yolları haqda fikir mübadiləsi ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi klubun xüsusi qonağı qismində çıxış edərək mövzu ilə bağlı təqdimat keçirmiş, öz fikir və təcrübələrini gənclərlə bölüşüb.

Görüş gəncləri tullantıların azaldılması, çeşidlənməsi və təkrar emalı kimi prosesslərdə iştiraka təşviq etmək baxımından əlamətdar olub.

IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verib. “Green Conversation Club” ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən gəncləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək “Green Conversation Club”a qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcəkdir. Qeydiyyat üçün: 497 63 16.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti