...

"Statistika dairəsi"ndə yenə tıxac - Səbəb zəncirvari qəza

Cəmiyyət Materials 28 Fevral 2017 09:44 (UTC +04:00)
Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub.
"Statistika dairəsi"ndə yenə tıxac - Səbəb zəncirvari qəza

Bakı. Samir Əli - Trend:

Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib.

"Jeep", "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dairədə tıxac yaranıb və hazırda ərazidə avtomobillərin hərəkəti çətinləşib.

Əraziyə Yasamal və Nəsimi rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yol polisinin iştirakı ilə avtomobillərin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti