...

Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb

Cəmiyyət Materials 28 Fevral 2017 11:23 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.

DİM-dən Trend-ə verilən məlumata görə, "Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar:

ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems), ödəniş sistemlərinin özünəxidmət kioskları, poçt şöbələrində; SMS vəsitəsilə.

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti