...

Ombudsman Aparatı: 15 il ərzində 148 750 müraciət daxil olub

Cəmiyyət Materials 1 Mart 2017 11:55 (UTC +04:00)
Ombudsmanın 15 illik fəaliyyəti dövründə onun ünvanına 148 750 müraciət daxil olub.
Ombudsman Aparatı: 15 il ərzində 148 750 müraciət daxil olub

Bakı. İlhamə İsabalayeva –Trend:

Ombudsmanın 15 illik fəaliyyəti dövründə onun ünvanına 148 750 müraciət daxil olub. Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, həmin müraciətlərin 70,1 faizi şikayətlərdən, 29,9 faizi ərziələrdən ibarət olub. Ümumilikdə 2016-cı ildə müvəkkil tərəfindən 3636 şəxs qəbul edilib.

A.Səfixanlı qeyd edib ki, şikayətlərin müvəkkilin səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların, sübutların, faktların olmaması səbəbindən onların 57,4 faizinin baxılmasından imtina edilib. Şikayətlərin 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 63,6 faizi təmin olunub.

MM-in vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlərin görüldüyünü, bu sahənin dövlət üçün prioritet olduğunu qeyd edərək əlavə edib ki, MM-in Ombudsman Aparatı ilə əməkdaşlığı yüksək səviyyədə qurulub. Ombudsman Aparatının komitə ilə əməkdaşlığı da getdikcə genişlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti