...

Publika.az-ın 5 yaşı tamam olur

Cəmiyyət Materials 1 Mart 2017 13:00 (UTC +04:00)
Bu gün Publika.az saytının 5 yaşı tamam olur.
Publika.az-ın 5 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Publika.az saytının 5 yaşı tamam olur.

Trend-in məlumatına görə, Publika.az xəbər portalı 2012-ci il martın 1-də fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək, siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Trend İnformasiya Agentliyi Publika.az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti