...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji yardım (FOTO)

Cəmiyyət Materials 3 Mart 2017 17:51 (UTC +04:00)
Şəmkir Bilik Evi nəzdində yaradılmış “Ailə Klubu”unda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminar və fərdi konsultasiya keçirilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji yardım (FOTO)

Bakı. Trend:

Şəmkir Bilik Evi nəzdində yaradılmış “Ailə Klubu”unda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminar və fərdi konsultasiya keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Fondun dəstəyi ilə Qüsursuz Nitq Mərkəzinin direktoru, loqoped-defektoloq Esmira Qafarovanın apardığı seminarda Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən dəvət olunan Distant Təhsil Mərkəzinin müəllimləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.

E.Qafarova fiziki qüsurların yaranma səbəbləri, problemin aradan qaldırılma yolları, görülməsi vacib olan lkin tədbirlər, uşaqlara psixoloji dəstəyin üsulları barədə ümumi məlumat verib.

Sonra valideynlərin fikirləri və təklifləri dinlənilib. Əksər iştirakçılar Şəmkirdə reablitasiya mərkəzinin yaradılması arzusunu dilə gətiriblər.

Qüsursuz Nitq Mərkəzinin direktoru xüsusi qayğıya ehtiyacı olan uşaqları fərdi konsultasiyaya cəlb edib, müayinələr aparıb, ilkin diaqnozlar qoyub, valideynlərə lazımi məsləhətlər verib.

Fərdi müayinədə iştirak etmiş uşaqlarda kəkələmə, autizm, dizartriya, əqli geriləmə, psixi və nitq inkişafının ləngiməsi, serabral iflic, dislaliya, psixonevroz, apraksiya, nitqin ləngiməsi, taxilalogiya və s. xəstəliklər aşkara çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti