...

Türkiyə səfiri Mətbuat Şurasında olub (FOTO)

Cəmiyyət Materials 3 Mart 2017 17:53 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında olub.
Türkiyə səfiri Mətbuat Şurasında olub (FOTO)

Bakı. Trend:

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında (MŞ) olub.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dünyada heç bir ölkənin digər ölkə ilə əlaqələri Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri səviyyəsində deyil. Bu, əldə etdiyimiz ən böyük dəyər, nəsillərə qalacaq mirasımızdır.

MŞ sədri həmçinin Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini önə çəkərək Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilmiş 13-cü sammitindəki çıxışı üzərində dayanıb. Ə.Amaşov bildirib ki, qardaş ölkənin dövlət başçısının fikirləri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinə verilmiş böyük dəstəyin növbəti nümunəsidir və bu, istər Azərbaycan cəmiyyətində, istərsə də mediasında əminliyi möhkəmləndirir.

Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı yüksək statusunun qazanılmasında medianın rolunun son dərəcə əhəmiyyətli olduğunu vurğulayan deputat onu da qeyd edib ki, hər iki ölkənin türk xalqlarının inteqrasiyası ilə bağlı həyata keçirdiyi işlərdə də kütləvi informasiya vasitələri son dərəcə fəaldır. Ə.Amaşov bu baxımdan gerçəkləşdirilmiş tədbirlərə diqqət çəkib.

Türkiyənin Azərbaycandakı səfiri E.Özoral rəhbərlik etdiyi diplomatik missiyanın fəaliyyətində media ilə təmasların hər zaman aktual əhəmiyyət daşıdığını bildirib. Bu mənada Türkiyə Səfirliyinin Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

E.Özoral qarşılıqlı münasibətlərin faydalı tərəflərinə diqqət çəkərək bildirib ki, hər iki ölkə jurnalistləri arasında əlaqələri daha da möhkəmləndirmək üçün qarşılıqlı səfərlərin sayını, ortaq məqsəd və mənafelərin qorunmasında medianın rolunu artırmağa yönələn müzakirələrin təşkili mütləqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti