...

“Excelsior Hotel & Spa Baku”da əyləncəli 8 Mart proqramı

Cəmiyyət Materials 6 Mart 2017 12:41 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” hotelində 8 Marta həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək.
“Excelsior Hotel & Spa Baku”da əyləncəli 8 Mart proqramı

Bakı. Trend:

8 mart tarixində “Excelsior Hotel & Spa Baku” hotelinin "Belvedere" restoranında Beynalxalq Qadınlar Gününə həsr olunmuş xüsusi proqram keçiriləcək.

Proqrama canlı musiqi, 4 cür Aralıq dənizi və Skandinaviya yeməyi, desert, sərinləşdirici içkilər, şampan və limitsiz şərab daxildir.

Bir nəfər üçün qiymət 59 AZN təşkil edir.

“Excelsior Hotel & Spa Baku” hotelinə (012) 496 80 00/050 235 35 08 telefon nömrəsinə zəng vuraraq rezerv etmək mümkündür.

“Excelsior Hotel & Spa Baku” "AtaHolding" Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” delüks, 9 “Duke” standard otaq, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti