...

8 Martda hava necə olacaq?

Cəmiyyət Materials 6 Mart 2017 14:54 (UTC +04:00)
Mülayim cənub küləyi əsəcək.
8 Martda hava necə olacaq?

Bakı. Trend:

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda hava şəraiti mülayim və sabit olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava sabit keçəcək, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda havanın temperaturunun gündüz 10-15, Aran rayonlarında 12-17, dağlıq rayonlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir.

Ümumilikdə bayram günü hava şəraiti ölkə üzrə mülayim, sabit, əsasən yağmursuz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti