...

FHN-dən yanğınsöndürən maşınların susuz gəlməsi ilə bağlı videoya münasibət

Cəmiyyət Materials 6 Mart 2017 15:44 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğın hadisəsi nəticəsində hadisə yerinə gələn yanğınsöndürən maşınlarda su olmaması ilə bağlı yayılan videoya münasibət bildirib.
FHN-dən yanğınsöndürən maşınların susuz gəlməsi ilə bağlı videoya münasibət

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğın hadisəsi nəticəsində hadisə yerinə gələn yanğınsöndürən maşınlarda su olmaması ilə bağlı yayılan videoya münasibət bildirib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, yayılan video köhnədir: "Bu hadisə 2016-cı il fevral ayının 1-də baş verib. Həmin vaxt əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Lakin yanğının miqyası böyük olduğundan su ehtiyatı qutarıb və yaxınlıqda su mənbəyi olmadığından əlavə su ehtiyatı gec gəlib".

O.Bayramov bildirib ki, nazirlik ötən il həmin məsələyə münasibət bildirib: "Lakin, indi həmin köhnə videonu kimsə tapıb yeni hadisə kimi verib. Bu əslində bir il əvvəl olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti