...

"Azərbaycan Dəmir Yolları": Körpüdə kran aşmayıb, təmir işləri gedir

Cəmiyyət Materials 7 Mart 2017 12:22 (UTC +04:00)
Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.
"Azərbaycan Dəmir Yolları": Körpüdə kran aşmayıb, təmir işləri gedir

Bakı. Samir Əli - Trend:

Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən təmirə bağlanıb:

Bakıda qəza nəticəsində dağılan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA (ÖZƏL)  (FOTO)

Bakıda qəza nəticəsində dağılan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA (ÖZƏL) (FOTO)

"Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti