...

7 dini təhsil müəssisəsinə şəhadətnamə verilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2017 18:16 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
7 dini təhsil müəssisəsinə şəhadətnamə verilib (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.

DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Buna görə də ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı işlər görülür. Komitə sədri bu məsələdə dini tədris müəssisələrinin önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

Dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti