...

Xocalı məktəblilərinə kitablar hədiyyə olunub (FOTO)

Cəmiyyət Materials 7 Mart 2017 18:23 (UTC +04:00)
Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar.
Xocalı məktəblilərinə kitablar hədiyyə olunub (FOTO)

Bakı. Trend:

Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar.

Fonddan Trend-ə verilən məlumata görə, məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçıllar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.

Məktəblilərlə görüşdə iştirak edən “Qaranquş” jurnalının baş redaktoru Aysel Zahidqızı nəşrin yeni sayını onlara hədiyyə edib. Baş redaktor onu da bildirib ki, məktəblilərin yaradıcılıq nümunələri vaxtaşırı jurnalda işıqlandırılacaq.

Şagirdlər Bilik Fondunun əməkdaşları ilə görüşdən məmnun olduqlarını bildiriblər.

Ötən ay Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Xocalı rayonu 2 nömrəli tam orta məktəbində “Qiraət saatı” keçirilib və uşaqlar yazar Mehriban Nağıyeva ilə görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti