...

Azərbaycanda 25 yeni mehmanxana tikilir

Cəmiyyət Materials 8 Mart 2017 17:11 (UTC +04:00)
2016-cı ildə Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.
Azərbaycanda 25 yeni mehmanxana tikilir

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı ildə Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı isə 38 min olub.

Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı ötən il 49 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti