...

"Məktəblinin dostu" fləşmob keçirib

Cəmiyyət Materials 9 Mart 2017 13:04 (UTC +04:00)
“Məktəblinin dostu” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə İçərişəhərdə fləşmob keçirilib.
"Məktəblinin dostu" fləşmob keçirib

Bakı. Trend:

“Məktəblinin dostu” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ilə İçərişəhərdə fləşmob keçirilib. Öncə şagirdlər rəqs nömrələri nümayiş etdirib. Sonra isə “Məktəblinin dostları” xanımlara gül verib, bayramlarını təbrik ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, proqram 200-dən çox şagird və “Məktəblinin dostu”nun canlı “8 mart” düzülüşü ilə yekunlaşıb.

Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir.

Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 əməkdaş çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti