...

Nazir müavini: Müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli olması üçün bu layihənin mühüm rolu var

Cəmiyyət Materials 10 Mart 2017 17:22 (UTC +04:00)
Müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür.
Nazir müavini: Müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli olması üçün bu layihənin mühüm rolu var

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində ASAN Könüllülərinə sertifikatların təqdim olunması mərasimində deyib.

C.Bayramov bildirib ki, cari tədris ilində də təhsil sahəsində bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçirilib. Həmin layihələrdən biri olan “Məktəblinin dostu” Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilir.

C.Bayramov qısa müddətdə əhəmiyyətli işlərin görülməsinin layihənin ideyasının aydın olmasından və bu işə peşəkar yanaşmadan xəbər verdiyini deyib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “Məktəblinin dostu” layihəsinə məzun ASAN könüllülərinin cəlb olunması və onların bu layihəyə müsbət töhfə verməsindən məmnunluğunu ifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbirlərin keçirildiyini nəzərə çatdıran BŞTİ-nin müdiri bütün bunların məktəb mühitinin səmərəliliyini daha da artırdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti