...

Əkin sahəsində əl qumbarası tapılıb (FOTO)

Cəmiyyət Materials 10 Mart 2017 17:37 (UTC +04:00)
Füzuli rayonunda əkin sahəsində əl qumbarası tapılıb.
Əkin sahəsində əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

Füzuli rayonunda əkin sahəsində əl qumbarası tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, rayonuN 3-cü Zobcuq qəsəbəsində əkin sahəsinə baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 740 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 10 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 987 ədəd partlamamış hərbi sursat, 72 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 125 039 kv.m ərazi (454 679 kv.m əl ilə, 275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti