...

Gömrükdə pirotexniki vasitələr aşkar edilib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2017 13:18 (UTC +04:00)
"Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.
Gömrükdə pirotexniki vasitələr aşkar edilib (FOTO)

Bakı. Trend:

Gömrük əməkdaşları pirotexniki vasitələri aşkar edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti