...

Azərbaycanda bitkilərin məhsuldarlığını artıran yeni maddələr yaradılıb

Cəmiyyət Materials 12 Mart 2017 10:35 (UTC +04:00)
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.
Azərbaycanda bitkilərin məhsuldarlığını artıran yeni maddələr yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.

İnstitutdan Trend-ə verilən məlumata görə, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.

Boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçib.

Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti