...

Türkiyədə hazırda 12500-dən çox azərbaycanlı təhsil alır

Cəmiyyət Materials 11 Mart 2017 13:39 (UTC +04:00)
Türkiyə və Azərbaycanın arasını vurmağa çalışan bəzi güclərin əksinə, biz bir millət, iki dövlətik və ortaq tarixə sahibik.
Türkiyədə hazırda 12500-dən çox azərbaycanlı təhsil alır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycanın arasını vurmağa çalışan bəzi güclərin əksinə, biz bir millət, iki dövlətik və ortaq tarixə sahibik.

Trend-in məlumatına görə, bunu Türkiyənin təhsil imkanları ilə bağlı konfransda bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri daim inkşaf edir.

E.Özoral bildirib ki, Ankara və Bakı arasında əməkdaşlığın əhəmiyyətli sahələrindən biri də təhsildir: "25 illik müstəqillik ərzində Türkiyədə 125 min nəfər azərbaycanlı təhsil alıb. Hazırda Türkiyədə 12500-dən çox azərbaycanlı təhsil alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti