...

Deputat: Türk hökumətinin verəcəyi cavab tamamilə başadüşülən olacaq

Cəmiyyət Materials 12 Mart 2017 13:04 (UTC +04:00)
Türkiyə rəsmilərinin Avropanın bəzi ölkələrinə buraxılmamasının səbəblərinə dair həmin ölkələrin rəsmilərinin verdikləri bəyanatlar əsl niyyətlərin ört-basdır edilməsi üçün yalnız bəhanə olub, imzalanmış dövlətlərarası və beynəlxalq sənədlərə ziddir
Deputat: Türk hökumətinin verəcəyi cavab tamamilə başadüşülən olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyə rəsmilərinin Avropanın bəzi ölkələrinə buraxılmamasının səbəblərinə dair həmin ölkələrin rəsmilərinin verdikləri bəyanatlar əsl niyyətlərin ört-basdır edilməsi üçün yalnız bəhanə olub, imzalanmış dövlətlərarası və beynəlxalq sənədlərə ziddir.

Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat hesab edir ki, həmin Avropa dövlətlərinin belə addımı atmasının bir sıra dərin səbəbləri var: "Türkiyədə xaos, anarxiya, geriləmə arzulayan və bunun üçün çalışan bəzi dairələr referendumdan "bəli" cavabı çıxdıqdan sonra Türkiyənin güclənəcəyindən, terrora ağır zərbə vurulacağından, türk hökumətinə etmək istədikləri təzyiq vasitələrinin zəifləyəcəyindən və ya aradan qalxacağından rahatsızdırlar. Həmin Avropa ölkələri eyni zamanda, Türkiyə Prezidentinin güclü olmasından, sözünü birbaşa və açıq şəkildə söyləməsindən, Milliyyətçi Hərəkat Partiyası və AKP-nin bərabər hərəkət etməsinin Avropa ölkələri üçün yarada biləcəyi problemlərdən, Avropa ölkələrindəki türk əhalisinin arasında "bəli" cavabı verənlərin sayının artmasından, referendumla əlaqə baxımından bəlkə uzaq görünsə də Rusiya-Türkiyə yaxınlaşmasından da rahatsızdırlar. Ancaq motivi nə olsursa-olsun, ölkələrə türk rəsmilərinin girişinin qadağan edilməsi Avropanın qəbul etdiyi demokratiya prinsiplərinə ziddir və qarşılıqlı münasibətlərdə xoşagələn hal deyildir. Türk hökumətinin verəcəyi cavab da adekvat, tamamilə başadüşülən və qəbuledilən olacaqdır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti