...

Daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilir

Cəmiyyət Materials 13 Mart 2017 14:08 (UTC +04:00)
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilir

Bakı. Trend:

Paytaxtda 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə "Montin" qəsəbəsi, metronun "N.Nərimanov" və "Ş.İ.Xətai" stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun "Ş.İ.Xətai" stansiyası istiqamətində hərəkət edərkən F.Xoyski küçəsindən Atatürk prospektinə, daha sonra akademik H.Əliyev və C.Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.

Qeyd edək ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətt avtobusları 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti