...

A-Qroup-un sığortalıları həkimlərin reytinqini yarada biləcəklər

Cəmiyyət Materials 13 Mart 2017 16:39 (UTC +04:00)
Artıq A-Qroup-un Sığortalıları müstəqil olaraq həkimlərin reytinqini yarada bilərlər.
A-Qroup-un sığortalıları həkimlərin reytinqini yarada biləcəklər

Bakı. Trend:

Artıq A-Qroup-un Sığortalıları müstəqil olaraq həkimlərin reytinqini yarada bilərlər.

A-Qroup-un Sığortalıları tibbi mütəxəssis tərəfindən konsultasiya və ya müayinə olunduqda, həkimin işini və tibbi müayinənin səviyyəsini qiymətləndirə bilərlər. Bu xidmət pasiyentin həkimdən, işin keyfiyyətindən, eləcə də tibb müassisəsindəki digər əməkdaşların ona göstərdikləri münasibətdən və nizam intizamdan razı qalıb qalmadığını bilmək imkanı verəcək.

«A-Qroup Mobile Сoncierge» mobil tətbiqini yükləyib və “Həkimlər” funksiyasını seçərək, Sığortalıya sadəcə həkimin işini 5 ballıq sistemlə qiymətləndirməsi lazımdır. Bütün qiymətləndirmələr avtomatiki olaraq korporativ serverdə bazaya qeyd olunur.

A-Qroup-un təqdim etdiyi bu xidmət həkimlər arasında sağlam rəqabət yaradacaq, bu da təbii ki, xidmətin yüksək səviyyədə saxlanılmasına kömək edəcək. Ən vəcibi isə, Sığortalılara ən yaxşı həkimi seçmək imkanı verəcək.

A-Qroup dinamik inkişaf edir, 20 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti