...

İndoneziya səfiri BANM-də olub

Cəmiyyət Materials 14 Mart 2017 12:47 (UTC +04:00)
İndoneziya səfiri Bakı Ali Neft Məktəbində olub.
İndoneziya səfiri BANM-də olub

Bakı. Trend:

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşüb və böyük təqdimatla çıxış edib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qonağı salamlayaraq BANM-in rektoru Elmar Qasımov bildirib ki, qloballaşma və müxtəlif mədəniyyətlər arasında yaxınlaşma əsrində İndoneziya nəinki sürətlə inkişaf edən ölkələrdən biri olmağı, həm də öz adət-ənənələrini və özünəməxsusluğunu qorumağı bacarıb.

Səfir cənab Hüsnan Bəy Fanani BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək, Ali Məktəbə artıq ikinci dəfə gəldiyini xatırlatdı. “Azərbaycanda işlədiyim üçün çox şadam. Bu gözəl ölkədə səmimi və qonaqpərvər insanlar yaşayırlar. Mən Ali Məktəbinin müəllim və tələbələri ilə görüşməyi xoşbəxtəm”, - səfir dedi. O, həmçinin İndoneziyanın çoxmillətli xalqlarının mədəni irsindən, zəngin tarixindən və coğrafiyasından qısaca bəhs etdi.

Səfir öz təqdimatında1945-ci ildə müstəqilliyini əldə etmiş İndoneziyanın formalaşmasından, ölkənin sürətli iqtisadi artırmasından, sənaye, iqtisadi və bank, mədəniyyət, təhsil və beynəlxalq əməkdaşlıq sahələrindəki uğurlarından danışdı. O, vurğuladı ki, bu uğurlar təbii sərvətlərin, o cümlədən neft və qaz resursların səmərəli istifadə olunması, beynəlxalq əməkdaşlıq və tərəfdaşların cəlb edilməsi və insan kapitalının inkişafına investisiyalar yatırılmasına əsaslanmışdır.

Cənab Hüsnan Bəy Fanani qeyd etdi ki, İndoneziya sənaye cəhətdən dünyanın inkişaf etmiş ölkələrin sırasına daxildir. Ölkənin ümumi milli gəlirin artım tempinə görə Çin və Hindistan geri qalır. İndoneziya Respublikasının beynəlxalq əlaqələri barədə danışaraq, səfir, qeyd etdi ki, Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (ASEAN) üzvüdür. Həmin assosiasiyasının katibliyi İndoneziyanın paytaxtı olan Cakartada yerləşir. O, vurğuladı ki, yeddi mindən artıq ali təhsil müəssisələri fəaliyyət göstərən İndoneziya Respublikasında təhsil məsələlərinə , gənclərə dəstək və ölkənin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir.

Görüşün sonunda İndoneziyanın səfiri Hüsnan Bəy Fanani BANM-in tələbələrin, əməkdaşların və müəllimlərin çoxsaylı suallarına cavab verdi və doğma musiqilərindən kompozisiyaları ifa edərək tədbir iştirakçılarına xoş sürpriz etmiş oldu.

Qeyd edək ki, tədbirdə, həmçinin İndoneziya Azərbaycandakı səfirliyinin birinci katibi Anggraeni Vidiastutivə səfirliyin nümayəndələri Astrid Septriana, Emil Güləliyev və Alviano Julantara iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti